Vir və Zara Azərbaycan dilində
Məşhur rejissor Yaş Çopra və onun oğlu Aditya Çopra tərəfindən birgə ərsəyə gətirilən Vir və Zara romantik-dram janrında çəkilmiş təsirli bir Bollywood filmidir.
Sevginin sərhəd tanımadığı bu ekran əsərində baş rolları Şahrux Xan və Priti Zinta canlandırır. Vir Hindistan Hava Qüvvələrinin pilotu, Zara isə Pakistanlı nüfuzlu bir siyasətçinin qızıdır. Yanlış ittihamlar nəticəsində Vir uzun illər həbsdə qalır və Rani Mukerci nin oynadığı gənc hüquqşünas onun azadlığa qovuşması üçün mübarizəyə başlayır.
Filmdə eyni zamanda Amitab Baççan, Hema Malini, Divya Dutta, Mənuc Bacpayi, Boman İrani, Anupam Ker və Kirron Ker kimi tanınmış aktyor və aktrisalar da rol alaraq filmin güclü aktyor heyətini tamamlayır.