Evdə tək 2 Azərbaycan dilində

Yeni il günləri ailəvi baxmaq üçün film axtaranlar üçün komediya janrında olan Evdə Tək filminin bölümlərinə baxa bilərsiniz. Bu paylaşımda Filmin 2-ci serisinə baxa bilərsiniz.

Dekabr 13, 2025 - 16:02
Dekabr 31, 2025 - 13:08
 0  122

Evdə Tək 2 (Home Alone 2)

Rejissor:

Kris Kolumbus

Rollarda:

Ketrin Ohara,Makaley Kalkin, Donald Tramp və başqaları

Janr:

komediya, milad

Çıxış ili:

1992

Müddət:

120 dəq

Dil:

Azərbaycan dili

Sonrakı_film:

Evdə tək 3

Filmin Məzmunu

Home Alone 2: Lost in New York Milad bayramı mövzusunda çəkilmiş, ailə və komediya janrında klassik filmlərdən biridir. Film, balaca Kevin MkKallisterin bu dəfə təsadüf nəticəsində Nyu-York şəhərində tək qalması və başına gələn macəraları möhtəşəm yumorla təqdim edir.

Çikaqodan Floridaya uçmağa hazırlaşan MkKallister ailəsi, hava limanındakı tələskənlik zamanı Kevini itirir. Atasının çantasından batareyaları axtaran Kevin səhvən başqa təyyarəyə minir və özünü Nyu-Yorkda tapır. O, vəziyyətdən məharətlə istifadə edərək Plaza Hoteldə qalır və şəhəri kəşf etməyə başlayır.

Lakin Kevin üçün təhlükə yenidən ortaya çıxır. Həbsxanadan qaçan köhnə düşmənləri HarriMarv onun izinə düşür. Hadisələr Kevinın əmisinin boş evində davam edir və balaca qəhrəman ağıllı tələləri ilə cinayətkarların planlarını alt-üst edir.

Film ailə dəyərləri, Milad ruhu, uşaq zəkası və gülməli səhnələri ilə seçilir. Finalda isə Kevin anası Keit MkKallisterlə yenidən bir araya gəlir və Milad möcüzəsi tamamlanır.